Premyer Liqanın ikinci turunun mərkəzi qarşılaşmalarından birində "Qarabağ" "Neftçi"ni qəbul edib. www.pfl.az saytı ilə canlı yayımlanan qarşılaşmadan "Qarabağ" qalib ayrılıb- 1:0. Tərlan Əhmədov, "Neftçi" klubunun məşqçisi: "Bu
oyundan iki gün öncə Çempionlar Liqasında oyunumuz olmuşdu və komandada
yorğunluq hiss olunurdu. Süni meydançada oynamaq çətin idi. Futbolçular da tam
bərpa olmamışdılar. Qol imkanlarımız olsa da, istifadə edə bilmədik.
Çatışmamazlıqları aradan qaldırmağa çalışacağıq".
Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: ""Neftçi"nin psixoloji basqı
altında olduğu hiss olunurdu. Bu da komandanın avrokuboklarda iştirakı ilə
əlaqədardır. Yorğunluğa baxmayaraq, “Neftçi” çox yaxşı mübarizə apardı. Biz daha
bir neçə qol vura bilərdik. Ancaq futbolçularda dəqiqilik çatmadı. İrəlidə bizi
daha çətin oyunlar gözləyir. Rauf Əliyevin Türkiyə klubuna keçməsi ilə bağlı
onu deyə bilərəm ki, hələ ki, sakitçilikdi. Əfran İsmayılov hücumda özünü yaxşı
tərəfdən göstərdi".
|