![](uploads/94196aqolli.jpg) Topaz Premyer Liqasının XIII turu “Qarabağ”ın futbolçusu Ansi Aqolli üçün əlamətdar olub. Albaniyalı müdafiəçi Azərbaycan çempionatlarında yubiley – 200-cü matçını keçirib. 35 yaşlı legionerin yubileyi “Zirə” ilə səfər qarşılaşmasına (3:2) təsadüf edib. 2010/11 mövsümündən “Qarabağ”da çıxış edən Ansi ölkəmizdə yalnız bir klubda çıxış edib. Nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla keçirdiyi 200 oyunun hamısına “Qarabağ” formasında çıxan müdafiəçinin hesabında 3 qol var.
Qeyd edək ki, Ansi Azərbaycan çempionatlarında 200 və daha çox oyun keçirən 7-ci legionerdir.
Mövsüm
|
oyun
|
qol
|
2010/11
|
31
|
0
|
2011/12
|
31
|
1
|
2012/13
|
27
|
1
|
2013/14
|
34
|
1
|
2014/15
|
25
|
0
|
2015/16
|
24
|
0
|
2016/17
|
21
|
0
|
2017/18
|
7
|
0
|
Cəmi
|
200
|
3
|
|