Azərbaycan Premyer Liqasında II turun qarşılaşmaları çərçivəsində "Sumqayıt" səfərdə "Turan" üzərində minimal hesablı qələbə qazanıb. Bernhard Raab, “Sumqayıt” klubunun
baş məşqçisi: “Havanın isti olmasına baxmayaraq çox
gözəl oyun keçdi. Qarşılaşmanın böyük hissəsini 10 nəfərlə oynadıq. Buna
baxmayaraq oyundan da görsənirdi ki, biz rəqibdən daha güclüyük. Gözəl oyuna
görə komandamı təbrik edirəm. Qarşıdakı oyunlarda bundan da yaxşı oynamağa
çalışacağıq”.
Əsgər Abdullayev, “Turan” klubunun
baş məşqçisi: “Oyun barədə heç nə deyə bilmərəm.
Belə oynamaq olmaz. Bir oyunda qalib gəldikdən sonra eyforiyaya qapılmaq lazım
deyil. Komanda verdiyim tapşırıqlara uyğun oynamadı. Ciddi tədbirlər görmək
lazımdır”.
|