![](uploads/81976azkubokyeni.jpg) “Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edərək ev oyunlarını keçiridiyi Gəncə şəhər stadionunda qarşılaşmaların ardıcıl reallaşdığını əsas gətirərək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Binə” ilə matçının yerinin dəyişdirilməsini xahiş edib. “Kəpəz” klubunun müraciətini və “Binə”nin razılığını əsas götürən PFL oyunla bağlı aşağıdakı qərarı verib. Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Kəpəz” – “Binə” oyunu 29 noyabr tarixdə “Dalğa Arena”da keçirilsin.
|