![](uploads/5705171807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. I Divizionun VIII turunun “Ağsu” – “Binə” matçı başlamazdan əvvəl “Binə” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. Bu səbəbdən “Binə” klubu 80 manat cərimə olunur (maddə 52).
I Divizionun VIII turunun “Mil-Muğan” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun baş məşqiçisi Aqil Nəbiyev stadionun plastik şitini sındırıb. Stadiona dəymiş ziyan əsasında “Mil-Muğan” klubunun təqdim edəcəyi hesab “Şüvəlan” klubu tərəfindən ödənilsin (maddə 50.2).
|