Bu gün doğma azarkeşləri önündə "Kəpəz"i qəbul edən "Xəzər Lənkəran" 4:0 hesablı qələbə qazanıb. Fuad İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “Bu gün müdafiədə buraxdığımız
səhvlər ucbatından məğlub olduq. Gələcək oyunlarda daha yaxşı oyun göstərməyə
çalışacağıq. Azərbaycanın ən güclü komandalarından olan “Xəzər Lənkəran”a
qarşı oynadıq. Onlara da gələcək qarşılaşmalarda uğurlar arzulayıram”.
Yunis Hüseynov, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: “Bu
gün 4:0 hesabıyla qələbə qazanmağımıza baxmayaraq komandamın oyunu o qədər də
xoşuma gəlmədi. Bəzi səhvlər var və onun üzərində işləyəcəyik. Premyer Liqanın
ilk oyununda da qələbə qazanmaq üçün meydana çıxmışdıq. Ancaq müəyyən səhvlərə
görə buna nail ola bilmədik. Bu gün isə qalib gəldik. Gənc futbolçulara şans
verdim. Onlar da özlərini yaxşı tərəfdən göstərə bildilər”.
|