Premyer Liqanın ikinci turunun paytaxta keçirilən yeganə qarşılaşmasında "Bakı" "Simurq"u qəbul edib. Oyun qolsuz bərabərliklə başqa çatıb.
Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Gərgin
və maraqlı oyun oldu. Oyun hər iki komandanın qarşılıqlı hücumları şəraitində
keçdi. Ancaq heç kim fərqlənə bilmədi. Oyunun sonlarına yaxın rəqib bizi
qapımıza doğru sıxışdırsa da, hesabı qoruya bildik. Fikrimcə nəticə ədalətli
oldu".
Bojidar Bandoviç, "Bakı" klubunun baş məşqçisi: ““Simurq”
yaxşı komandadır. İlk hissədə uzun ötürmələrdən istifadə edərək hücumlar təşkil
etmək istədik. Xüsusən də sol cinahdan hücumlara üstünlük vermişdik. Lakin
futbolçuların çoxlu top istirməsi oyuna təsir etdi. İkinci hissədə daha çox
hücum etdik. Bir neçə qol imkanımız olsa da, yararlana bilmədik. Bu, bizim ilk
oyunumuz idi. Qarşıdakı oyunlarda daha yaxşı nəticə göstərməyə çalışacağıq".
|