![](uploads/5941749286qar.jpg) “Qarabağ” qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının qrup mərhələsində növbəti xalını qazandı. Qurban Qurbanovun başçılıq etdiyi komanda dünya nəhənglərindən sayılan “Atletiko Madrid” klubu ilə üz-üzə gəldi. İspaniyanın paytaxtında keçirilən oyun 1-1 hesabı ilə nəticələndi. Oyunda hesabı Markos Maderanın baş zərbəsi ilə “Qarabağ” açsa da, “Atletiko” bərabərlik qolunu vurub, məğlubiyyətdən qaçdı. Məlumat üçün bildirək ki, təmsilçimiz oyunun 59-cu dəqiqəsindən etibarən 10 nəfərlə mübarizə apardı. Belə ki, baş hakim matçın ən fəallarından olan Pedro Enrikeni birbaşa qırmızı vərəqə ilə meydançadan qovdu. Qeyd edək ki, aktivində 2 xal olan “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsindəki növbəti oyununu 22 noyabr tarixdə Bakı Olimpiya Stadionunda “Çelsi”yə qarşı keçirəcək.
|