Azərbaycan Premyer Liqasının II turunda doğma azarkeşləri önündə "İnter"i qəbul edən "Qəbələ" minimal hesablı qələbə qazandı -1:0.Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Qəbələ”ni qələbə münasibətilə
təbrik edirəm. Oyun demək olar ki, “Qəbələ”nin qapısı qarşısında keçirdi. Ancaq
qol epizodlarında bəxtimiz gətirmirdi. Bir futbolçu 4 qol epizodundan yararlana
bilmirsə, gah qapıçı topu çıxardırsa, gah zərbə dəqiq olmursa, burda həm bəxtsizlik
var, həm də futbolçu öz üzərində işləməlidir".
Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: ““İnter” Azərbaycanın ən
güclü komandalarındandır. Rəqib oyun boyu üstün olsa da, nəticəyə baxmaq lazımdır. Əlimizə düşən imkandan maksimum yararlandıq. Üç xalı
qazandığımız üçün şadıq. “İnter”ə uğurlar arzulayıram”.
|