![](uploads/3096271807pfl.jpg) “İnter” klubu Peşəkar Futbol Liqasına müraciət edib. “İnter” ev oyunlarını keçirdiyi stadionda klubun yeni adının təqdimat mərasimini keçirmək istəyində olduğunu və bununla əlaqədar olaraq “Kəpəz” – “İnter” görüşünün yerinin dəyişdirilməsini xahiş edib. PFL yuxarıda göstərilənləri və “Kəpəz”in razılıq məktubunu əsas tutaraq aşağıdakı qərarları qəbul edib: Topaz Premyer Liqasının X turunun “Kəpəz” – “İnter” matçı 28 oktyabr tarixdə “İnter Arena” stadionunda keçirilsin. X turda meydan sahibi “İnter” hər iki klubun iştirakı ilə IV dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.
|