![](uploads/49673DSC_0688.JPG) Topaz Premyer Liqasının sonuncu qalibi “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində 3-cü oyununa çıxdı. Dünya futbolunun nəhəng klublarından sayılan Madrid “Atletiko”su ilə üz-üzə gələn “Qarabağ” 1 xal qazanmağa müvəffəq oldu. Belə ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşdə qapılara qol vurulmadı və “Qarabağ” tarixi xalı aktivinə yazdı. Qeyd edək ki, “Qarabağ” Azərbaycanı ilk dəfədir ki, Çempionlar Liqasının qrup mərhələsində təmsil edir. Peşəkar Futbol Liqasının rəsmi saytı oyundan hazırlanmış fotoreportajı təqdim edir.
|