![](uploads/8304171807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
I Divizionun II turunun “Xəzər” – “Turan Tovuz” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun II turunun “Şüvəlan” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 79-cu dəqiqəsində “Şüvəlan” klubunun 5 №-li futbolçusu Vadim Abdullayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun II turunun “Mil-Muğan” – “Binə” matçının 90+3-cü dəqiqəsində “Binə” klubunun 5 №-li futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|