![](uploads/63617azkubokyeni.jpg) Sabah Azərbaycan kubokunda 2017/18 mövsümünə start veriləcək. 1/16 final mərhələsində I divizionun 4 komandası üz-üzə gələcək. Bu klubların hamısı əvvəllər də ölkə kubokunda mübarizə aparıb. Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin kubok çərçivəsində keçirilən əvvəlki oyunlarının balansını təqdim edir.
Azərbaycan kuboku
1/16 final
11 oktyabr (çərşənbə)
“Ağsu” – “Mil-Muğan” – indiyədək qarşılaşmayıblar
MOİK – “Turan Tovuz” – 1 oyun, +0=0-1, top fərqi 1-2 Rəqiblər iki il əvvəl də 1/16 finalda qarşılaşıb. Paytaxt təmsilçisinin meydanında keçirilən yeganə oyunda Tovuz klubu qələbə qazanıb.
2015/16
|
1/16 final
|
MOİK (Bakı) - Turan Tovuz
|
1:2
|
|