UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilmişdir. İsrailin "Hapoel" (Kiryat Şmona) klubu ilə qarşılaşan "Neftçi" 2:2 hesablı heç-heçə ilə kifayətlənməli olub. İki oyunun nəticəsinə görə Çempionlar Liqasında mübarizə dayandıran Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək. Paytaxt təmsilçisinin rəqibi cümə günü keçiriləcək püşkatmada müəyyən olunacaq. Pley-off mərhələsinin ilk oyunları 23 avqustda, cavab oyunları 30 avqustda keçiriləcək.
|