![](uploads/8476371807pfl.jpg) “Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək VII turda keçirilməli olan “Kəpəz” – “Qəbələ” matçının yerinin dəyişdirilməsini xahiş edib. Yenidənqurma işlərini və “Qəbələ” klubunun razılıq məktubunu alan PFL aşağıdakı qərarları qəbul edib. Topaz Premyer Liqasının VII turunun “Kəpəz” – “Qəbələ” matçı 29 sentyabr 2017-ci tarixində Qəbələ şəhər stadionunda keçirilsin. VII turda meydan sahibi “Qəbələ” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.
|