![](uploads/53305qar.jpg) Çempionlar Liqasının ikinci turunun oyunları keçirildi. Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” Bakı Olimpiya Stadionunda İtaliya nəhəngi “Roma”nı qəbul etdi. Oyun “Roma”nın 2-1 hesablı qələbəsi ilə yekunlaşdı. “Qarabağ”ın futbolçusu Pedro Enrike isə Çempionlar Liqasının qrup mərhələsində vurulan ilk qolumuzun müəllifi kimi tarixə düşdü. Qeyd edək ki, “Qarabağ” növbəti oyununu da evdə keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 18 oktyabrda İspaniyanın “Atletiko Madrid” klubunu qəbul edəcək.
|