![](uploads/1792271807pfl.jpg) “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Ölkəmizi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edən “Qarabağ” ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Topaz Premyer Liqasının IV turunda keçiriləcək “Səbail” ilə matçının başqa tarixə keçirilməsini istəyib. Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarı qəbul edib. Topaz Premyer Liqasının IV turunun “Səbail” – “Qarabağ” matçı 08.09.2017-ci il tarixdən 08.12.2017-ci il tarixə keçirilsin.
|