![](uploads/9596971807pfl.jpg) “Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək IV turun oyun cədvəlində dəyişiklik edilməsini xahiş edib. Belə ki, klub IV turun “Kəpəz” – “İnter” görüşünun “İnter” – “Kəpəz” matçı kimi qeydə alınmasını xahiş edib. Bütün bunları və "İnter"in razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edib: Topaz Premyer Liqasının IV turunun “Kəpəz” – “İnter” matçı 9 sentyabr tarixdə “İnter Arena”da keçirilsin. IV turda meydan sahibi “İnter” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.
|