![](uploads/2405849286qar.jpg) Topaz Premyer Liqasının sonuncu qalibi və Azərbaycan Kubokunun sahibi “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində rəqibləri müəyyənləşdi. Bu gün keçirilən püşkatma zamanı Azərbaycan təmsilçisinin rəqibləri də bəlli oldu. Ölkəmizi ilk dəfə qitənin və dünyanın ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək “Qarabağ” dünya nəhənglərini Bakıya gətirəcək. Belə ki, təmsilçimiz “Çelsi” (İngiltərə), “Atletiko Madrid” (İspaniya) və “Roma”(İtaliya) klubları ilə C qrupunda yer alacaq.
|