![](uploads/8133661614qar.jpg) Azərbaycan futbolunda bir ilk reallaşdı. Belə ki, Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun son qalibi “Qarabağ” futbol tariximizdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Tofiq Bəhramov adına Respublika Stadionunda “Kopenhagen”i 1-0 hesabı ilə üstələyən Azərbaycan təmsilçisi səfər görüşündə özünə sərf edən nəticəni əldə edə bildi. Hesabda geri düşməsinə baxmayaraq, bərabərlik qolunu vuran “Qarabağ” yekunda 1-2 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə qrup mərhələsinə yüksəldi. Bu qələbədən sonra tarixi zəfər Azərbaycanda geniş qeyd olundu. Paytaxtın bütün mərkəzi küçələrində qələbə böyük coşqu ilə müşahidə edildi.
Qeyd edək ki, tarixi zəfərə imza atan “Qarabağ” artıq vətənə qayıdıb.
|