İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:XXI Azərbaycan Premyer Liqasının I turunun “Simurq” – “Qəbələ” matçının 84-cü dəqiqəsində “Qəbələ” klubunun 34 №-li futbolçusu Urfan Abbasov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 66-cı dəqiqəsində meydançaya “Simurq” klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52). Təcili tibbi yardım briqadası gecikdiyinə görə matç 10 dəqiqə gec başladığı üçün meydan sahibi klub 2000 manat cərimə olunur (maddə 65). XXI Azərbaycan Premyer Liqasının I turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun futbolçuları meydançaya vaxtında çıxdmadığına görə matç 6 dəqiqə gec başladığı üçün “İnter” klubu 3000 manat cərimə olunur (maddə 53). XXI Azərbaycan Premyer Liqasının I turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında təcili tibbi yardım briqadasının 5, yanğınsöndürmə briqadasının isə 10 dəqiqə gecdiyinə görə meydan sahibi klub 2000 manat cərimə olunur (maddə 65). XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Simurq” – “Qəbələ” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
|