![](uploads/7889361614qar.jpg) Ölkəmizi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edən “Qarabağ” pley-off mərhələsinin ilk oyununda uğurlu çıxış etdi. Qurban Qurbanovun başçılıq etdiyi komanda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə Danimarkanın “Kopenhagen” klubu üzərində 1-0 hesablı qələbə qazandı. Oyunda vurulan yeganə qolun müəllifi Mahir Mədətov oldu. Qeyd edək ki, mərhələnin cavab oyunu bir həftə sonra Danimarkada keçiriləcək.
|