![](uploads/7454971807pfl.jpg) İntizam Komitəsinin bu keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının I turunun “Sumqayıt” – “Kəpəz” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin I turunun “Sumqayıt” – “Kəpəz” matçının 74-cü dəqiqəsində “Kəpəz” klubunun 2 №-li futbolçusu Yusif Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin I turunun “Zirə” – “Səbail” matçının 47-ci dəqiqəsində “Səbail” klubunun 85 №-li futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 37.1).
|