![](uploads/12674tpl1.jpg) Topaz Premyer Liqasının ilk turunda əldə olunan qələbə “Zirə” üçün əlamətdar olub. “Səbail” üzərində 2:1 hesablı qələbə qazanan qəsəbə təmsilçisi öz meydanında 20-ci dəfə 3 xal qazanıb. Zirəlilər buna 33-cü qarşılaşmada nail olub.
Bunadək paytaxt təmsilçisi 32 ev oyununda 19 qələbə əldə etmişdi. Qalibiyyət sayında yubiley həddinə çatan komanda 8 heç-heçə edib və 5 dəfə uduzub. Evdə 44 top vuran zirəlilər 28 qol buraxıb.
Qeyd edək ki, “Zirə” 2015/16 mövsümündə 12, 2016/17 mövsümündə 7 ev qələbəsi qazanıb.
|