Azərbaycan Premyer Liqasının I turunda "Xəzər Lənkəran" səfərdə “Rəvan”ın qonağı olub. Qarşılaşma 1:1 hesabıyla başa çatıb.
Yunis Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Çempionatın başlaması münasibətilə bütün
futbolçuları və komandaları təbrik edirəm. Biz Avropa Liqasında dörd
qarşılaşmada meydana çıxmışdıq. Yəqin ki rəqib komanda bizim oyunlarımıza baxıb
analiz etmişdilər. Ancaq təəssüf ki, biz “Rəvan” komandasının oyunlarını analiz
edə bilməmişdik. Gərgin oyun oldu. Qələbə qazanmaq üçün bir çox imkanlarımız
oldu. Əfsuslar olsun ki, səhv buraxdıq və bunun da nəticəsində qapımızda qol
gördük. Birinci qarşılaşmalar həmişə ağır olur. Qarşıdakı oyunlarda qələbə
qazanmağa çalışacağıq. “Rəvan” komandasına uğurlar arzulayıram”.
Cevat Güler, “Rəvan” klubunun baş məşqçisi: “Azarkeşlərə, futbolçulara, məşqçilərə, hakimlərə -
hamıya uğurlar arzulayıram. Rəqibimizin Avropa Liqasındakı oyunlarını izlədik.
Ancaq cari mövsümdə Premyer Liqada ilk oyunumuz olduğu üçün çətin keçdi. Erkən
vurduğumuz qolu qoruya bilmədik. Oyunun bəzi anlarında “Xəzər Lənkəran” bizdən
üstün oyun nümayiş etdirirdi. Bu gün azarkeşlər daha gözəl oyun izləyə bilərdilər.
Ancaq ilk qarşılaşma olduğu üçün bəzi çatışmamazlıqlar hiss olunurdu. İlk
oyunda ötən mövsümün gümüş mükafatçı ilə qarşılaşmadan bir xal ilə ayrılmaq da
qənaətbəxş hesab oluna bilər. Rəqib komandaya uğurlar arzulayıram”.
|