Azərbaycan
Premyer Liqasının I turunun mərkəzi qarşılaşmasında “İnter” AZAL Arena
stadionunda “Qarabağ”la qarşılaşdı. Peşəkar Futbol Liqasının rəsmi saytı vasitəsi
ilə canlı yayımlanan oyunda qalib müəyyənləşmədi – 1:1.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Hal-hazırda ölkənin ən yaxşı
komandasına qarşı oynadıq.”İnter” Avroliqada ikinci mərhələni keçə bilməsə də,
çox yaxşı oynadı. Mövsümə qələbə ilə başlamaq istəyirdik, lakin son dəqiqələrdə
buraxdığımız qol planlarımızı pozdu. Bir xal qazandıq, ümumilikdə yaxşı oyun
oldu. Əks-hücumda yaxşı oynadıq, ikinci hissədə komandanın zəif cəhətlərini görmək
imkanımız oldu. Heyətlərindəki dəyişiklikləri nəzərə alsaq, rəqiblərimizi hələ
tam tanımırıq. Ona görə də, qarşıdakı turlarda bizə çətin olacaq”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Çempionatın belə başlaması onun
maraqlı keçəcəyini göstərir. İlk hissə ilə müqayisədə ikinci hissədə daha yaxşı
oynadıq. Müəyyən mövqe səhvlərimiz oldu. Lakin, bu, ilk turdur, qarşıdakı
oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq. Qurban Qurbanovu bu cür yaxşı
komanda qurduğunu görə təbrik edirəm”.
|