![](uploads/75153qar.jpg) Son ölkə çempionu və Azərbaycan Kubokunun qalibi “Qarabağ” Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Çempionlar Liqasının III təsnifat mərhələsində Moldovanın “Şerif” klubunu mübarizədən kənarlaşdıraraq, adını qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yazdırdı. Bununla da Ağdam təmsilçisi Çempionlar Liqasında III təsnifat mərhələsini adlayan ilk klubumuz kimi tarixə düşdü.
Bunadək “Bakı” və “Neftçi” hərəyə 1, “Qarabağ”ın özü isə 3 dəfə pley-offun bir addımlığıdan büdrəmişdi. Həmin 5 cəhddə Avropa Liqasının pley-offuna göndərilən təmsilçilərimizdən fərqli, bu dəfə çempionumuz ilk dəfə Çempionlar Liqasında qrupun bir addımlığına yüksəlib.
Qeyd edək ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk oyunda “Şerif”lə qolsuz heç-heçə etmişdi. Səfər oyununda isə “Qarabağ” 2-1 hesablı qələbə qazanmağa müvəffəq oldu.
|