![](uploads/98655qar.jpg) Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirildi. Ölkəmizi qitənin ən nüfuzlu futbol turnirində layiqincə təmsil edən “Qarabağ” III mərhələyə heç-heç ilə başladı. Belə ki, Qurban Qurbanovun başçılıq etdiyi “Qarabağ” Moldova çempionu “Şerif”lə ilk oyunda heç-heçə razılaşdı. “Qarabağ”ın çoxsaylı cəhdlərinə baxmayaraq, Tofiq Bəhramov adına Respublika Stadionuna toplaşmış azarkeşlər qol görə bilmədilər. Komandalar arasında cavab oyunu 1 avqsutda reallaşacaq. Qeyd edək ki, Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan “Qarabağ” ilk olaraq “Samtredia”nı mübarizədən kənarlaşdırıb.
|