![](uploads/4700971807pfl.jpg) Peşəkar Futbol Liqası 2017/2018-ci illər mövsümü üçün akkreditasiya qeydiyyatına start verib. Növbəti mövsüm Azərbaycanda keçiriləcək ölkədaxili yarışlar üçün akkreditasiya vəsiqəsinə sahib olmaq istəyənlər ad və soyadını, iş yerindən verilən vəsiqənin sürətini, fotoşəkilini bu gündən etibarən avqust ayının 1-dək [email protected] ünvanına göndərə bilərlər. Qeydlər: Akkreditasiya qeydiyyatı mövsüm boyu davam edəcək. İlkin akkreditasiyaya gecikənlər, şərtlərə tam cavab verməyənlər, işə yeni qəbul olunacaq şəxslər mövsümün gedişində müraciət edə bilərlər. Həmin akkreditasiyalar müraciətdən sonrakı ayın ilk həftəsində təqdim olunacaq. Peşəkar Futbol Liqasının növbəti mövsüm üçün akkreditasiyası futbolla birbaşa əlaqəsi olan KİV nümayəndələrinə veriləcək. Ötən mövsüm qeydiyyatdan keçib hələ də vəsiqəsini götürməyənlərin isə qeydiyyatı nəzərə alınmayacaq.
|