![](uploads/88170loqo teze.jpg) Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirildi. Ölkəmizi qitənin ikinci nüfuzlu klub turnirində təmsil edən “Qəbələ”, “Zirə” və “İnter” növbəti görüşlərinə çıxdılar. Təmsilçilərimiz cavab görüşlərində fərqli nəticələrə imza atdılar. Avropa Liqasında qrup təcrübəsi olan “Qəbələ” “Bakcell Arena”da 1:1 hesablı heç-heçəyə razılaşdığı “Yagelloniya”nı mübarizədən kənarlaşdıra bildi. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda səfərdə Polşa klubunu 2:0 hesabı ilə məğlub etdi. “Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın “ Panatinaikos” klubu ilə münasibətlərini ayırd edəcək. Avropa Liqasındakı digər təmsilçilərimiz debütant “Zirə” və “İnter” I mərhələ ilə kifayətlənmək məcburiyyətində qaldılar. Belə ki, “Zirə” “Astra” (Rumıniya), “İnter” isə “Fola” (Lüksemburq) ilə mübarizəni uduzdu. Qeyd edək ki, hazırda Azərbaycanı avrokuboklarda iki komanda təmsil edir. Bunlar son Azərbaycan çempionu və Kubokun qalibi “Qarabağ” və dünən “Yagelloniya”nı mübarizədən kənarlaşdıran “Qəbələ”dir.
|