![](uploads/84008qar.jpg) Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirildi. Püşkatma zamanı ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ”ın da potensial rəqibləri müəyyənləşdi. Mübarizəyə Çempionlar Liqasının II təsnifat mərhələsindən başlayan və ilk oyunda Gürcüstan çempionu “Samtredia”nı məğlub edən (5:0) “Qarabağ” ilkin vəzifənin öhdəsindən gəlib. III mərhələyə adlamaq işini böyük ölçüdə həll edən “Qarabağ” “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
|