![](uploads/13158qar.jpg) Çempionlar Liqasında 2017/2018-ci illər mövsümünün II təsnifat mərhələsinin ilk oyunları keçirdi. Qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ”ın startı uğurlu alındı. Qurban Qurbanovun başçılıq etdiyi komanda Tofiq Bəhramov adına Respublika Stadionunda Gürcüstan çempionu “Samtredia”nı böyükhesabla məğlub etdi – 5:0. Təmsilçimizin qollarına Əfran İsmayılov, Donald Gerryer, Miçel, və dubl edən Dino Ndlovu imza atdılar. Bu nəticə ilə mərhələnin taleyini böyük ölçüdə həll edən “Qarabağ” cavab görüşünə 18 iyul tarixdə Gürcüstanda çıxacaq.
|