![](uploads/72994inter - zire.jpg) Avropa Liqasının 2017/2018-ci illər mövsümündə I təsnifat mərhələsinin oyunlarına yekun vuruldu. Bu mərhələdə mübarizə aparan iki Azərbaycan klubu “İnter” və “Zirə” uğurlu çıxış etməyi bacardı. Avropa Liqasında debüt edən “Zirə” həm ev, həm də səfər oyununda Lüksemburqun “Differdanj” klubunu üstələdi (2:0, 2-1). Beləliklə, gənc Ayxan Abbasovun rəhbərlik etdiyi komanda ilk cəhddə minimum vəzifənin öhdəsindən gəldi. “İnter” isə eyni aqibəti Serbiyanın “Mladost” klubuna yaşatdı. Zaur Svanadzenin başçılıq etdiyi komanda Serbiya təmsilçisini hər iki oyunda üstələdi – 3:0, 2:0. Qeyd edək ki, “Zirə” Avropa Liqasının ikinci mərhələsində Rumıniyanın “Astra”, İnter isə Lüksemburqun “Fola Eş” komandası ilə münasibətlərini ayırd edəcək. "Zirə" Rumıniya "Astra"sı ilə ilk qarşılaşmanı iyulun 13-də səfərdə keçirəcək. Digər təmsilçimiz "İnter" rəqibini bundan bir gün öncə "Dalğa Arena"da qəbul edəcək. Qeyd: Fotolar “İnter” – “Mladost” oyunundandır.
|