![](uploads/13080inter.jpg) Avropa Liqasının I təsnifat mərhələsinə start verildi. Dünən keçirilən ilk oyunlar Azərbaycan klubları “Zirə” və “İnter” üçün uğurlu alındı. Avrokuboklarda debüt edən gənc Ayxan Abbasovun rəhbərlik etdiyi “Zirə” klubu “Dalğa Arena”da “Differdanj” (Lüksemburq) komandasını qəbul etdi. Debüt matçı olmasına baxmayaraq, “Zirə” hər iki hissədə 1 qol vuraraq 2:0 hesablı qələbə qazandı. Bu isə cavab matçı öncəsi böyük üstünlükdü. “İnter” isə səfərdə qələbə qazanmağı bacardı. Serbiyanın “Mladost” klubunu 3:0 hesabı ilə üstələyən Azərbaycan klubu bununla da mərhələnin taleyini böyük ölçüdə həll etmiş oldu. Qeyd edək ki, mərhələnin cavab oyunları 6 iyul tarixdə reallaşacaq. Qeyd: Fotolar “Zirə” – “Differdanj” oyunundandır.
|