Mayın 5-də Azərbaycan kubokunun final oyunu keçiriləcək. Naxçıvanda baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu ilə 2016-2017-ci illər mövsümünə yekun vurulacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı həlledici matçın iştirakçılarının ölkə kubokundakı əvvəlki oyunlarının balansını təqdim edir.
Azərbaycan kuboku
Final
5 may
“Qarabağ” – “Qəbələ” – 6 oyun, +0=5-1, top fərqi 4-5
Komandaların yolları indiyədək 3 dəfə kəsişib. Bu üç duel çərçivəsində 6 qarşılaşma baş tutub. Matçlardan 5-də heç-heçə qeydə alınıb. Qalibin müəyyənləşdiyi yeganə matçda “Qəbələ” qalib gəlib. Ümumilikdə isə 3 dueldən ikisində “Qarabağ”, birində “Qəbələ” mərhələ adlayıb.
2011/12
|
1/4 final
|
Qəbələ - Qarabağ (Ağdam)
|
2:2, 0:0
|
2012/13
|
1/4 final
|
Qəbələ - Qarabağ (Ağdam)
|
1:1, 0:0
|
2013/14
|
1/4 final
|
Qəbələ - Qarabağ (Ağdam)
|
0:0, 2:1
|
|