Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib
“Zirə” Avropa Liqası ilə vidalaşdı
II Liqada 14-cü komanda müəyyənləşdi
Misli Premyer Liqası 2024/25: I turun oyun cədvəli
I Divizionda aprel ayının ən gözəl qolunu birgə seçək 2017-05-03
Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır. Biz artıq 6-cı dəfə I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcəyik.
I Divizionda vurulan ən yaxşı qol (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası tərəfindən səsvermə yolu ilə seçilir. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilir. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olurlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdur. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir. Başa çatan aprel ayının ən yaxşı qolu artıq saytımızda yerləşdirilib.
Qeyd:Saytımızda sorğunun alt hissəsində yerləşdirilmiş “flash banner”in üzərinə klik edib aprel ayında I Divizionda vurulmuş 5 gözəl qolu izləyib, seçiminizi edə bilərsiniz. Sorğu 10 maya qədər qüvvədə olacaq.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.