İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. Topaz Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “İnter” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Sumqayıt” – “Qəbələ” matçının 50-ci dəqiqəsində “Sumqayıt” klubunun 38 №-li futbolçusu Aqşin Hüseynov ikinci sarı vərəqə alaraq meydandançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun AZAL – “Zirə” matçının 63-cü dəqiqəsində AZAL klubunun 46 №-li futbolçusu Tural İbrahimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
I Divizionun XXVI turunun MOİK – “Göyəzən” matçının 47 - ci dəqiqəsində MOİK klubunun 94 №-li futbolçusu Rafiq Kərimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|