Bu gün Futbol üzrə Azərbaycan I Divizionunun medalçıları mükafatlandırıldı. AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə “Səbail”ə gümüş, “Ağsu”ya bürünc medallar verildi. Eyni zamanda əvəzedici heyətlər arasında keçirilən yarışın bombardiri Şahin Əliyev (“Qarabağ”), eləcə də I Divizionda eyni uğura imza atmış Oruc Balaşlı (“Zaqatala”) mükafatlarına qovuşdular. Xüsusi mükafatları və medalları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim etdi.
|