Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında çempion “Qarabağ”a kubok və qızıl medallar, “Qəbələ”yə gümüş, “Neftçi”yə isə bürünc medallar təqdim olunub. Topaz Premyer Liqasının bu gün keçirilən “Neftçi”- “Qarabağ” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan mərasimdə əvəzedicilər medallarına qovuşublar. Medalları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim edib. Mükafatlandırma mərasimindən fotoları təqdim edirik.
|