Bu gün keçirilən üç oyunla XXI Azərbaycan çempionatına start verildi. Premyer Liqanın açılış oyunlarından biri Gəncədə yerli "Kəpəz" və "Turan" komandaları arasında keçirilib. Açılış oyunundan öncə komandaların kapitanları tərəfindən Azərbaycan himninin sədaları altında dövlət bayrağını qaldırılıb.
Premyer Liqanın açılış oyununda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.
Qeyd edək ki, "Kəpəz" - "Turan" oyunu qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.
|