Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 28-ci tura start verildi. Bu gün keçirilən görüşlərdən sonra əvəzedicilərin mübarizəsində çempion və medalçılar müəyyənləşdi. Həlledici görüşdə “Neftçi”ni üstələyən “Qarabağ” yarışın qalibi oldu. Gümüş medallara “Qəbələ", bürünc medallara isə “Neftçi” sahib çıxdı. AZAL 0-3 “Zirə” (İlkin Muradov, 45; Vəzir Musayev, 52; Murad İsmayılzadə, 73) “Neftçi” 1-2 “Qarabağ” (Ömər Buludov, 32 // Elşən Abdullayev, 62; Salman Cəfərov, 74) “Sumqayıt” 0-1 “Qəbələ” (Ülvi İsgəndərov, 56)
|