İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. Topaz Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun 8 №-li futbolçusu Nicat Muxtarov hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 42.3).
Əvəzedici heyətlərin XXVI turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
I Divizionun XXIV turunun “Turan Tovuz” – MOİK matçında “Turan Tovuz” və MOİK klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).
|