“Turan Tovuz” tarixində ilk dəfə titul qazanıb. 2015-ci ildə yaradılan klub I divizionun çempionu adına yiyələnib. Əsgər Abdullayevin yetirmələri buna mövsümün sonuna 2 tur qalmış nail olub. Qərblilər XXIV turdan sonra xal hesabını 57-yə çatdırıb və izləyiciləri üçün əlçatmaz olub. Düzdür, “Səbail” liderə çata bilər. Amma şəxsi oyunlardakı üstünlük (2:1, 0:0) “Turan Tovuz”un 1-ci yer tutması üçün kifayət edib.
İlk uğurunu qazanan 2 yaşlı klub I divizion tarixinə 23-cü çempion kimi düşüb. Düzdür, 22 yarışdan birində - 1994/95 mövsümündə final mərhələsi 2 qrupda keçirilib. Qrup qalibləri güclülər dəstəsinə yüksəlsə də, öz aralarında ən yaxşını müəyyənləşdirməyib. Həmin mövsümdə hər iki komandanı çempion hesab etsək, I diviziondakı 23 qalibdən yalnız biri bu uğuru 2 dəfə əldə edib. “Neftçala” 2014/15 və 2015/16 mövsümlərində qızıl medallara yiyələnib.
mövsüm
|
Çempion
|
1992
|
Nicat (Maştağa)
|
1993
|
Xəzri (Buzovna)
|
1993/94
|
Zabrat (Bakı) və Azneftyağ (Bakı)
|
1994/95
|
Şəmkir
|
1995/96
|
Sumqayıt
|
1996/97
|
Çinar (Göyçay)
|
1999/2000
|
Şahdağ (Quba)
|
2000/01
|
OİK (Bakı)
|
2001/02
|
Lokomotiv (İmişli)
|
2003/04
|
Gənclərbirliyi (Sumqayit)
|
2004/05
|
AMMK (Bakı)
|
2005/06
|
Gilan (Xanlar)
|
2006/07
|
Masallı
|
2007/08
|
Bakılı
|
2008/09
|
ABN-Bərdə
|
2009/10
|
Gəncə
|
2010/11
|
Abşeron (Bakı)
|
2011/12
|
Qaradağ Lökbatan
|
2012/13
|
Ağsu
|
2013/14
|
Araz-Naxçıvan
|
2014/15
|
Neftçala
|
2015/16
|
Neftçala
|
2016/17
|
Turan Tovuz
|
Qeyd: Bəzi komandalar sonradan adını dəyişib. “Nicat” “Bakı fəhləsi”, “Sumqayıt” “Xəzər”, OİK MOİK, AMMK indiki AZAL, “Gilan” “Qəbələ”, NBC “Muğan”, “Gəncə” isə “Kəpəz”dir.
|