Futbol üzrə Azərbaycan I Divizionunda mart ayında vurulan ən gözəl qolun müəllifi Orxan Qurbanlı (“Səbail”) mükafatlandırıldı. Gənc oyunçu mükafatına hazırda davam edən “Zaqatala” – “Səbail” oyunundan öncə qovuşub. Qurbanlıya mükafatı Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib. Qeyd edək ki, Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı I Divizionun işıqlandırılmasına da xüsusi diqqət ayırır. Təsadüfi deyil ki, sözügedən matça jurnalistlərin səfəri də təşkil olunub.
|