Bu axşam UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Qitənin ali klub turnurində Azərbaycanı təmsil edən "Neftçi" İsrailin "Hapoel İroni Kiryat" klubunun qonağı olacaq. Bakı vaxtı ilə 21:30-da başlayacaq qarşılaşmanın baş hakimi irland Alan Kellidir. Qeyd edək ki, bu komandalar arasında "Dalğa Arena"da baş tutacaq cavab görüşü isə avqustun 8-də, saat 21:00-da başlayacaq.
|