Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Yarışda mübarizəni davam etdirən komandalar ilk matçlarını martın 30-da keçirəcək. Üz-üzə gələcək hər iki cüt əvvəllər də kubokda qarşılaşıb. Peşəkar Futbol Liqasının rəsmi saytı yarımfinal cütlərinin əvvəlki kubok yarışlarındakı oyunlarının balansını təqdim edir.
Azərbaycan kuboku
1/2 final
30 mart
15. "Neftçi" – "Qarabağ" - 19 oyun, +5, =5, -9, top fərqi 16-16
Son iki mövsümün finalçıları bu dəfə yarımfinalda qarşılaşacaq. Ölkə kubokunda ən çox üz-üzə gələn cütlüyün yolları 12-ci dəfə kəsişib. Əvvəlki 11 duel çərçivəsində 19 matç baş tutub. 7 dəfə “Qarabağ”, 4 dəfə “Neftçi” cütün qalibi olub. Ümumilikdə isə ağdamlılar 9, rəqibi 5 dəfə qalib gəlibsə, top fərqində tarazlıqdır.
1993
|
1/4 final
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)
|
2:1, 0:0
|
1993/94
|
1/4 final
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)*
|
+:-, +:-
|
1995/96
|
final
|
Neftçi (Bakı) - Qarabağ (Ağdam)**
|
3:0
|
1996/97
|
1/4 final
|
Neftçi (Bakı) - Qarabağ (Ağdam)
|
3:2, 0:1
|
1998/99
|
1/8 final
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)
|
0:0, 0:2
|
2005/06
|
1/2 final
|
Neftçi (Bakı) - Qarabağ (Ağdam)
|
0:0, 0:1
|
2006/07
|
1/8 final
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)
|
1:2, 1:0
|
2008/09
|
1/4 final
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)
|
1:0, 0:0
|
2012/13
|
1/2 final
|
Neftçi (Bakı) - Qarabağ (Ağdam)
|
2:1, 2:2
|
2014/15
|
final
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)**
|
3:1
|
2015/16
|
final
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)**
|
1:0, ə.v.
|
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
** - final oyunları neytral meydanda keçirilib.
16. "İnter" – "Qəbələ" – 2 oyun, +1, =0, -1, top fərqi 5-2
Kubokda yolları ikinci dəfə kəsişən komandaların ilk dueli 8 il əvvəl baş tutub. İndiki kimi 2008/09 mövsümündə də rəqiblər yarımfinalda görüşüb. Hər komandanın öz meydanında qalib gəldiyi dueldə mərhələ adlayan “İnter” olub.
2008/09
|
1/2 final
|
İnter (Bakı) - Qəbələ
|
5:0, 0:2
|
|