Topaz Premyer Liqasının XXIII turunun AZAL – “Qəbələ” oyunu yubileylərlə zəngin olub. 1:1 hesabı ilə başa çatan görüşdə 5 müxtəlif yubiley gerçəkləşib. Hər komandanın bir üzvü ölkə çempionatında 150-cı matçına çıxıb. AZAL-da debüt edən Bəxtiyar Soltanov və “Qəbələ”nin qışda sıralarına qatdığı Rasim Ramaldanov bu görüşədək 149 çempionat matçı keçirmişdi.
Rasim 150 matçda 3 qol vurub. Premyer Liqada “Simurq”, “Xəzər Lənkəran” və “Sumqayıt”da oynamış müdafiəçi 4-cü klubunun heyətində 150-yə çatıb.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2008/09
|
Simurq (Zaqatala)
|
8
|
0
|
2009/10
|
Simurq (Zaqatala)
|
11
|
0
|
2010/11
|
Simurq (Zaqatala)
|
20
|
0
|
2011/12
|
Simurq (Zaqatala)
|
24
|
2
|
2012/13
|
Simurq (Zaqatala)
|
24
|
0
|
2013/14
|
Xəzər Lənkəran
|
20
|
0
|
2014/15
|
Xəzər Lənkəran
|
23
|
1
|
2015/16
|
Xəzər Lənkəran
|
7
|
0
|
2015/16
|
Sumqayıt
|
9
|
0
|
2016/17
|
Qəbələ
|
4
|
0
|
Cəmi
|
|
150
|
3
|
150 oyunda 19 dəfə fərqlənən Soltanov isə daha çox klubda çıxış edib. AZAL onun Premyer Liqada 7-ci komandasıdır. Bunadək isə Bəxtiyar “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Rəvan”, “Qəbələ” və “Simurq”da da oynayıb.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2007/08
|
Bakı
|
6
|
0
|
2008/09
|
Bakı
|
7
|
7
|
2009/10
|
Bakı
|
25
|
3
|
2010/11
|
Bakı
|
13
|
0
|
2011/12
|
Qarabağ (Ağdam)
|
26
|
1
|
2012/13
|
Kəpəz (Gəncə)
|
11
|
2
|
2012/13
|
Simurq (Zaqatala)
|
3
|
0
|
2013/14
|
Rəvan (Bakı)
|
2
|
0
|
2014/15
|
Qəbələ
|
21
|
2
|
2015/16
|
Kəpəz (Gəncə)
|
35
|
4
|
2016/17
|
AZAL (Bakı)
|
1
|
0
|
Cəmi
|
|
150
|
19
|
Bu iki yubileylə yanaşı, qarşılaşmada daha üç əlamətdar hadisə yaşanıb. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk komandasını Premyer Liqada 75-ci matça çıxarıb. 2015-ci ilin əvvəlindən “qırmızı-qaralar”a rəhbərlik edən ukraynalının yetirmələri bu oyunlarda 40 qələbə qazanıb, 21 heç-heçə edib və 14 dəfə uduzub. “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı bütün turnirlərdə ümumilikdə 100-cü dəfə “qırmızı-qaralar”ın formasını geyinib. O, bu matçlarda 76 top buraxıb. AZAL-la matçda hesabı açan Tellur Mütəllimov isə “Qəbələ”nin Premyer Liqada 400-cü qoluna imza atıb. Bu, 331-ci görüşə təsadüf edib.
|