"Simurq" Avstriyada təşkil olunmuş təlim-məşq toplanışında baxışa dəvət edilmiş futbolçulardan daha biri ilə ilkin razılaşma əldə edib. Klubdan verilən məlumata görə, polyak qapıçı David Petrzkieviç bu gün Bakıya gələrək tibbi müayinədən keçdikdən sonra, rəsmi müqaviləyə imza atacaq.
Xatırladaq ki, 24 yaşlı əlcək ustası Polşanın 19 yaşlılardan ibarət yığma komandasında da forma geyinib. Onun son klubu "Banik Ostrava" kollektivi olub. "Simurq" bu gün Davidlə yanaşı, müdafiəçi Dilavər Zrnanoviç və yarımmüdafiəçi Stjepan Poljakla da münasibətləri rəsmiləşdiriləcək.
|