İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara, AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilsin:
Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilsin:
“Şahdağ” (Qusar)
- İqrar Səmədov
- Uce Cukenyere
“Rəvan” (Bakı)
- Elvin Əliyev
- Cəmşid Məhərrəmov
“Göyəzən” (Qazax)
- Arzuman Vəliyev
- Tunar Şahtaxtinski
“Energetik” (Mingəçevir)
- Elvin Əlizadə
- Kamran Lalayev
- Ruslan Həmidov
- Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I Diviziondan kənarlaşdırılsın.
- Hər iki klub I Divizionda oyunların 50 %-dən çoxunda iştirak etdiklərinə görə hər iki kluba növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət verilsin.
- I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilsin.
- Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın.
- Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilsin.
- “Şahdağ” FK-nın inzibatçısı Rafael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilsin.
Topaz Premyer Liqasının XXII turunun “Neftçi” – “Qəbələ” matçının 83-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XXII turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXII turunun “İnter” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
I Divizionun XIX turunun “Səbail” – “Turan Tovuz” matçının 90+2-ci dəqiqəsində “Səbail” klubunun 3 №-li futbolçusu Saşa Yunisoğlu sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XIX turunun “Energetik” – “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 90+3-cü dəqiqəsində “Energetik” klubunun baş məşqçisi Sahib Qocayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 400 manat cərimə olunur (maddə 42.4).
I Divizionun XIX turunun “Qaradağ Lökbatan” – “Şahdağ” matçının 73-cü dəqiqəsində “Şahdağ” klubunun 19 №-li futbolçusu Elçin Sədullayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XIX turunun MOİK – “Rəvan” matçının 65 -ci dəqiqəsində “Rəvan” klubunun 21 №-li futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XIX turunun “Bakılı” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
|