2012/13-cü il mövsümünə hazırlıq çərçivəsində Avstriyada təlim-məşq toplanışında olan "Simurq" hazırlıqları tamamlamaq üzrədir. Klubun rəsmi saytında yer alan məlumata görə, son məşqlərinə çıxan komandanın səhər idmanı isinmə və qısa ötürmələrdən ibarət çalışma ilə başlayıb. Daha sonra isə baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında taktiki tapşırıqları yerinə yetirilib.
Komandanın axşam məşqidə qısa isinmə hərəkətlərindən sonra futbolçular fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında hazırlığı davam etdirib. Sonda isə ikitərli oyunla məşq tamamlanıb. Bu hazırlıq da klub rəhbərliyi tərəfindən izlənilib.
Qeyd edək ki, "Simurq" sabah Avstriyada sonuncu yoldaşlıq görüşünə çıxacaq. Əvvəlcədən rəqibin "Kayserispor" olacağı bildirilsə də, təşkilatçılar tərəfindən proqramda dəyişiklik edilib. Belə ki, Zaqatala təmsilçisi sabah Bakı vaxtı ilə 20:00-da başqa bir Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor"la üz-üzə gələcək. Bu matçla "Simurq" Avstriyadakı təlim-məşq toplanışın başa vuracaq və bir gün sonra ölkəyə qayıdacaq.
|